TƏBİB Zaqatalada yeni doğulan körpənin ölümü ilə bağlı məlumat açıqlayıb.
Lent.az-ın xəbərinə görə, TƏBİB-dən APA-ya verilən məlumatda bildirilib ki, 41-42 həftəlik hamilə olan 24 yaşlı G.Z. oktyabrın 25-də saat 12:23-də Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinə daxil olub. Daxil olarkən ananın vəziyyəti kafi qiymətləndirilib. Oktyabrın 26-da saat 07:35-də təbii doğuş başa çatıb. Doğuş prosesi ağır keçib və yenidoğulmuşun doğulmasında ləngimə qeydə alınıb. Doğuşdan sonra körpəyə doğuş zamanı ağır asfiksiya diaqnozu qoyulub. Vəziyyəti ağır qiymətləndirilən körpə Bakı şəhərinə təxliyə edilib. Tibb müəssisəsinə yerləşdirilmədən körpədə ölüm halı qeydə alınıb.
***
16:42
Zaqatalada yeni doğulan körpə ölüb.
Lent.az-ın APA-ya istinadla məlumatına görə, rayonun Yeni Suvagil kənd sakini, 24 yaşlı Gülsənəm Etimad qızı Zamanova oktyabrın 25-də birinci hamiləliklə doğuş üçün Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (MRX) Doğum şöbəsinə daxil olub.
G. Zamanova təbii doğuşla oğlan uşağı dünyaya gətirib. Yeni doğulan körpədə kəskin narahatlıq olduğu üçün doğuşun ertəsi günü müalicə məqsədilə Bakıdakı xəstəxanalardan birinə göndərilib.
Körpə oktyabrın 27-də Bakıda müalicə olunduğu xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.