Zaqatalada qazi intihara cəhd etdi
24 mart 2024 08:35 (UTC +04:00)

Zaqatalada qazi intihara cəhd etdi

Zaqatalada qazi intihara cəhd edib.

Lent.az xəbər verir ki, hadisə rayonun Çobankol kəndində qeydə alınıb.

Kənd sakini, 1988-ci il təvəllüdlü Əlibəy Akif oğlu Məmmədov zəhərlənmə diaqnozu ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) daxil olub. 

Müayinə zamanı Ə. Məmmədovun intihar məqsədi ilə çoxlu sayda dərman həbləri qəbul etdiyi məlum olub.

Nəticədə zəhərlənən Ə. Məmmədov ailəsi tərəfindən tez xəstəxanaya çatdırılıb. Ona lazımi tibbi yardım göstərildikdən sonra vəziyyəti stabilləşib. 

Faktla bağlı araşdırma aparılır. 

Qeyd edək ki, intihara cəhd edən Ə. Məmmədov 44 günlük Vətən müharibəsi iştirakçısıdır. O, müharibədə yaralanıbmış. Bu səbəbdən də onun əsəb sistemində problemlər yaranıb.

# 16698
avatar

Oxşar yazılar