Zaqatalada "Priora" ağaca çırpıldı, yaralılar var
13 yanvar 2024 10:23 (UTC +04:00)

Zaqatalada "Priora" ağaca çırpıldı, yaralılar var

Zaqatalada minik avtomobili ağaca çırpılıb.

Lent.az xəbər verir ki, hadisə səhər saatlarında Aşağı Tala kəndində baş verib.

Rayonun Bəhmətli kənd sakini 33 yaşlı Vəliyev Orxan Zahid oğlunun idarə etdiyi “Lada Priora” markalı minik avtomobili şəhər istiqamətində hərəkətdə olarkən idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb.

Qəza zamanı sürücü və sərnişin 29 yaşlı Zaqatala rayon Lahıc kənd sakini Abdullayev Coşqun Rafael oğlu xəsarət alıb. Yaralılar rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Zaqatalada avtomobil ağaca çırpılıb, xəsarət alanlar var - FOTO  - YENİLƏNİB Zaqatalada avtomobil ağaca çırpılıb, xəsarət alanlar var - FOTO  - YENİLƏNİB Zaqatalada avtomobil ağaca çırpılıb, xəsarət alanlar var - FOTO  - YENİLƏNİB Zaqatalada avtomobil ağaca çırpılıb, xəsarət alanlar var - FOTO  - YENİLƏNİB

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 11487
avatar

Mehman Nəbiyev

Oxşar yazılar