Zaqatala rayon ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsi ilə əlaqədar 7 nəfər (4 kişi, 3 qadın) dekabrın 29-da saat 15:40-da Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Lent.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, müxtəlif bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda onların müalicələri davam etdirilir. 3 nəfərin vəziyyəti orta ağır, 4 nəfərin vəziyyəti isə stabildir.
***
19:02
Zaqatalada baş verən yol qəzasında 7 nəfər xəsarət alıb.
Lent.az-ın APA-ya istinadla məlumatına görə, xəsarət alanlardan üç nəfər bir ailənin üzvüdür.
Yeni Suvagil kənd sakini, 41 yaşlı Şəhmir Tevruzovun idarə etdiyi “VAZ 21010” markalı və Aşağı Tala kənd sakini, 68 yaşlı Əli Qurbanovun idarə etdiyi “Opel Astra” markalı minik avtomobilləri toqquşub.
“Opel Astra”nın sürücüsü Ə. Qurbanov, “VAZ 21010”nun sürücüsü Ş. Tevruzov, “Opel Astrada” olan sərnişinlər - 41 yaşlı Cəmil Əliyev, onun həmyaşıdı İlkin Pirimov, 34 yaşlı Gülüstan Əliyeva, onun həmyaşıdı Leyla Pirimova və İ. Pirimovun azyaşlı övladı 4 yaşlı Murad Pirimov xəsarət alaraq Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
***
17:18
Zaqatalada minik avtomobilləri toqquşub, xəsarət alanlar var.
Lent.az-ın məlumatına görə, hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun rayonun Yuxarı Tala kəndi ərazisindən keçən hissəsində baş verib.
İlkin məlumata görə, minik avtomobillərinin toqquşması zamanı bir-neçə nəfər xəsarət alıb.
Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə korpusuna yerləşdirliblər.
Faktla bağlı araşdırma aparılır./APA