Zaqatalada iki minik avtomobili toqquşub, sürücülərdən biri xəsarət alıb.
Lent.az-ın APA-ya istinadla xəbərinə görə, hadisə saat 11 radələrində Zaqatala şəhər ərazisində Tala çayı üzərindəki Asma körpünün girişində qeydə alınıb.
Hərəkətdə olan "VAZ 2106" markalı və "Opel" markalı iki minik avtomobili toqquşub.
Qəza zamanı "VAZ 2106" markalı avtomobilin sürücüsü, rayonun Yuxarı Tala kənd sakini, 28 yaşlı Əhməd Məmməd oğlu Əhmədov aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib.
Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.