Zaqatalada kirpi ovlayanlar saxlanıldı
12 avqust 2023 13:00 (UTC +04:00)

Zaqatalada kirpi ovlayanlar saxlanıldı

Zaqatalada qanunsuz ov edən Yevlax sakinləri Elçin Nadirov, Elşən Əliyev və Hüseyn Hüseynov saxlanılıblar.

DİN mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, onlardan kəsib satmaq məqsədilə ovladıqları çoxlu sayda kirpi və digər sübutlar götürülüb.

Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4620

Oxşar yazılar