Zaqatalada DƏHŞƏT:  18 yaşlı oğlanın əlində qumbara partladı, ölən var - YENİLƏNİB
16 mart 2024 17:15 (UTC +04:00)

Zaqatalada DƏHŞƏT: 18 yaşlı oğlanın əlində qumbara partladı, ölən var - YENİLƏNİB

Martın 16-da,  saat 14 radələrində Zaqatala rayon sakini 2006-cı il təvəllüdlü Məhəmməd Ömərovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Rayon prokurorluğundan Lent.az-a verilən xəbərə görə, baş vermiş hadisə ilə bağlı prokurorluq əməkdaşları tərəfindən hadisə yeri müayinə olunub və digər zəruri hərəkətlər icra edilib.

İlkin araşdırma zamanı Məhəmməd Ömərovun rayonun Muxax kəndində ərazidəki poliqon sahəsində aşkar etdiyi partlayıcı vasitənin partlaması nəticəsində aldığı xəsarətlərdən ölməsi müəyyən edilib.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

***
Saat: 15:36

Zaqatalada faciəli hadisə baş verib. 

Lent.az xəbər verir ki, hadisə bu gün günorta saatlarında rayonun Pərzivan adlanan ərazisində qeydə alınıb. 

Rayonun Muxax kənd sakini, 18 yaşlı Məhəmməd Kamal oğlu Ömərov ərazidən qumbara tapıb. 

M. Ömərov tapdığı qumbara ilə ehtiyatsız davrandığından əlində partlayıb. 

Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan M. Ömərov Zaqatala rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a bildirilib ki, martın 16-da saat 14:30-da Zaqatala rayonu ərazisində 2006-cı il təvəllüdlü Ömərov Məhəmməd Kamal oğlunun partlayıcı maddənin partlaması nəticəsində aldığı xəsarətlərdən  ölməsi barədə polisə məlumat daxil olub. 

Araşdırma aparılır.

# 20745
avatar

Oxşar yazılar