Zaqatalada 64 yaşlı kişini maşın vurdu - FOTO
18 iyul 2022 23:22 (UTC +04:00)

Zaqatalada 64 yaşlı kişini maşın vurdu - FOTO

0

Zaqatalada 64 yaşlı piyadanı maşın vurub.

Lent.az xəbər verir ki, hadisə axşam saatlarında Zaqatala şəhəri ərazisində baş verib.

Şəhər sakini 1958-ci il təvəllüdlü Nurəddin Cəmaləddin oğlu Xəlilov yolu keçmək istəyən zaman rayon sakininin idarə etdiyi 90 ZM 856 dövlət nömrə nişanlı minik avtomobili tərəfindən vurulub. 

Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan 64 yaşlı Nurəddin Xəlilov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb. 

İlkin müayinə zamanı Nurəddin Xəlilova açıq kəllə-beyin travması, sol aşağı ətrafın diz nahiyəsinin sınığı və bədənin küt travması dioqnozu qoyulub. 

Vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.

Vüqar Heydərov
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2231

Oxşar yazılar