Yuxarı Şirvan kanalında batan kişinin meyiti tapıldı - YENİLƏNİB
02 mart 2024 16:37 (UTC +04:00)

Yuxarı Şirvan kanalında batan kişinin meyiti tapıldı - YENİLƏNİB

Göyçayda kanalda batan şəxsin meyiti tapılıb.

Lent.az APA-ya istinadla xəbər verir ki, rayonun Bığır kənd sakini 53 yaşlı Qəfərov Qalib Nizam oğlunun meyiti balıq tutduğu yerdən təqribən 150 metr aralıda tapılıb. Xatırladaq ki, dünən səhər saatlarından dalğıclar kanalda axtarışlar aparırdı.

Şəxsin meyidi aidiyyatı üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

***
01.03.2024, Saat:13:49

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Yuxarı Şirvan kanalının Göyçay rayonu, Bığır kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

FHN-dən Lent.az-a verilən xəbərə görə, məlumatla əlaqədar nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Lent.az-ın əldə etdiyi məlumata görə, kanalda batan şəxs Göyçayın Bığır kənd sakini 53 yaşlı Qalib Qəfərovdur. Onun yıxılaraq kanala düşdüyü ehtimal edilir.

Hazırda araşdırma aparılır.

# 4815
avatar

Oxşar yazılar