Yolu keçmək istəyən  45 yaşlı kişini   avtomobil  vuraraq öldürdü
06 iyun 2022 23:29 (UTC +04:00)

Yolu keçmək istəyən 45 yaşlı kişini avtomobil vuraraq öldürdü

0

Hacıqabulda avtomobil piyadanı vuraraq öldürüb.

Lent.az APA-nın yerli bürosuna istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Atbulaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

"Mercedes" markalı avtomobil 1977-ci il təvəllüdlü Arif Abasovu vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı BDYP tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2502

Oxşar yazılar