Yeniyetmə silahla  məktəbə hücum etdi: 4 nəfər...
28 aprel 2023 14:57 (UTC +04:00)

Yeniyetmə silahla məktəbə hücum etdi: 4 nəfər...

0

Türkiyədə 17 yaşlı oğlan ov tüfəngi ilə məktəbə hücum edib.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə Türkiyənin Şanlıurfa bölgəsində qeydə alınıb.

Yeniyetmə İsa.D. ona siqaretlə bağlı xəbərdarlıq edən direktor müavini ilə mübahisə edib. Yeniyetmə mübahisədən sonra ov tüfəngi ilə məktəbə basqın edib. Hadisə zamanı 1 şagird və daha 3 nəfər yaralanıb.

Yeniyetmə saxlanılıb.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1710

Oxşar yazılar