Yeniyetmə qız dərmandan zəhərləndi
28 aprel 2023 22:39 (UTC +04:00)

Yeniyetmə qız dərmandan zəhərləndi

Qaxda 15 yaşlı qız dərmandan zəhərlənib. 

Lent.az-ın APA-ya istinadla məlumatına görə, 2008-ci il təvəllüdlü Qax rayonu Şotavar kənd sakini, Ayla Bəhram qızı Məmmədova zəhərlənmə əlamətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına daxil olub. 

Müayinə zamanı 15 yaşlı qızın gəmiriciləri məhv etmək üçün istifadə edilən dərmandan zəhərləndiyi məlum olub. A. Məmmədovanın müalicəsi xəstəxananın Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti orta-ağır  qiymətləndirilir. 

Faktla bağlı araşdırma aparılır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1872
avatar

Oxşar yazılar