Yaşayış binasında YANĞIN:  1 nəfər zəhərləndi
13 iyul 2022 09:54 (UTC +04:00)

Yaşayış binasında YANĞIN: 1 nəfər zəhərləndi

Gəncədə yaşayış binasında yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, şəhər ərazisində beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 24 m² olan mənzildə 1 ədəd kreslo və 4 m² sahədə divar kağızı yanıb. Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə xəstəxanaya aparılıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın söndürülüb.

# 1317
avatar

Mehman Nəbiyev

Oxşar yazılar