Yasamalda yol qəzası – 1 YARALI  -FOTO
09 may 2022 05:11 (UTC +04:00)

Yasamalda yol qəzası – 1 YARALI -FOTO

0

Bakının Yasamal rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib. 

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Cəfər Cabbarlı və  İbrahim Əbilov küçələrinin  kəsişməsində qeydə alınıb. 

“Hyundai”markalı avtomobilin sürücüsü Cəfər Cabbarlı küçəsi ilə metronun Nizami stansiyası istiqamətində hərəkətdə olarkən ikinci dərəcəli yoldan onun yoluna çıxan “Honda” markalı avtomobillə toqquşub. Qəza nəticəsində 1 nəfər xəsarət alıb. Avtomobillərə ciddi ziyan dəyib. 

Hadisə yerinə cəlb olunan Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2036

Oxşar yazılar