Xızıda Sitalçay kəndindən sel keçib.
Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunları Komandanlığının xidmət rəisi polkovnik Cəfər Həsənov APA-ya açıqlamasında bildirib ki, səhər təxminən saat 7-8 radələrində FHN-ə bununla bağlı siqnal daxil olub.
Hazırda FHN-in texnikaları və şəxsi heyəti ərazidədir, təxliyə işi aparılır.
Onun sözlərinə görə, indiyə kimi altı evdən 8-i böyük, 5-i azyaşlı olmaqla ümumilikdə 13 nəfər təxliyə edilib.














