Daşkəsəndə qayalıq ərazidən meyiti tapılan şəxsin kimliyi bilinib.
Lent.az xəbər verir ki, həmin şəxsin Daşkəsən şəhər sakini 74 yaşlı Əli Kərimov olduğu üzə çıxıb.
Məlumata görə, Ə. Kərimov aprelin 4-də itkin düşüb. Onun üzərində zorakılıq əlamətləri olmayan meyiti şəhərin ərazisindəki meşəlik sahədə tapılıb.
Araşdırma aparılır.
***
10:38
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Daşkəsən rayonunda qayalıq ərazidə aşkar edilən 1 nəfərin meyitinin götürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub.
FHN-dən Lent.az-a bildirilib ki, məlumat qəbul ediləndən dərhal sonra Nazirliyin Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Keçirilən tədbirlər nəticəsində vətəndaşın meyiti qayalıq ərazidən götürülərək aidiyyəti üzrə təhvil verilib.