Abşeronda intihar hadisəsi olub.
Lent.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə yayılıb. Məlumata görə, Xırdalan şəhəri 2 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi İslamov Elşən Xalid oğlu yaşadığı binanın 9-cu mərtəbəsindən özünü ataraq intihar edib.
İddialara görə, intihara səbəb Elşənin imtahandan az bal toplaması olub.
Faktla bağlı Abşeron rayon Prokurorluğunda araşdırma aparılır.
Abşeron-Xızı Regional Təhsil İdarəsindən isə bildirilib ki, məsələ ilə bağlı ictimaiyyətə daha ətraflı məlumat veriləcək: "Eyni zamanda, Abşeron-Xızı Regional Təhsil İdarəsi tərəfindən qeyd olunan məsələ ilə bağlı xidməti araşdırma aparılır. Hadisə ilə bağlı rayon prokurorluğu və Regional Təhsil İdarəsi tərəfindən müvafiq araşdırmalar aparıldığı bir vaxtda kütləvi informasiya vasitələrinin nümayəndələri və sosial şəbəkə istifadəçilərinə araşdırmaların nəticələrini gözləmək tövsiyə edilir".