Xəzər dənizində zəlzələ olub.
Lent.az xəbər verir ki, bu barədə Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Bildirilib ki, yerli vaxtla saat 07:38-də Xəzər dənizində zəlzələ qeydə alınıb.
Zəlzələnin gücü 4,2 bal olub.
Yeraltı təkanlar yerin 61 kilometr dərinliyində baş verib.