Zavoddakı partlayışa görə cinayət işi başlandı
04 yanvar 2016 15:07 (UTC +04:00)

Zavoddakı partlayışa görə cinayət işi başlandı

Baş Prokurorluq Balakəndə yerləşən zavodda baş vermiş partlayışla bağlı məlumat yayıb.

 

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya açıqlamasında bildirib ki, Balakən rayonunda “Azəryem Sənaye” MMC-yə məxsus zavodun ərazisində bir nəfərin ölümü, iki nəfərin yaralanması ilə nəticələnən hadisə ilə əlaqədar Balakən rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizə qaydalarını pozma, ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) və 223.2-ci (partlayış təhlükəli obyektlərdə təhlükəsizlik qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.

 

Dərhal Prokurorluq, Fövqəladə Hallar Nazirliyi, “Azəriqaz”, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin mütəxəssislərinin və Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin ekspertinin iştirakı ilə hadisə yeri və meyitə baxış keçirilib. Hadisənin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə müvafiq ekspertizalar təyin edilib.

 

Hazırda rayon Prokurorluğunda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

 

Qeyd edək ki, hadisə bu gün saat 10:30 radələrində Balakən şəhərindəki “Azəryem Sənaye” MMC-yə məxsus zavodun ərazisində baş verib. Zavodun qazanxanasında baş verən partlayış nəticəsində 1 nəfər ölüb və 2 nəfər isə xəsarət alıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 141
avatar

Oxşar yazılar