Zaqatalada ağır qəza: <span style="color:red;">ölən və yaralanan var
12 dekabr 2014 11:19 (UTC +04:00)

Zaqatalada ağır qəza: ölən və yaralanan var

0
Zaqatalada ölümlə nəticələnən yol qəzası baş verib.

 

APA-nın Şəki-Zaqatala bürosunun verdiyi məlumata görə, hadisə bu gün səhər saat 10.30 radələrində Yevlax-Zaqatala-Balakən magistral yolunun Zaqatala şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

 

“VAZ-21014” və “VAZ-2106” markalı minik maşınlarının toqquşması nəticəsində şəxsiyyəti məlum olmayan bir kişi dünyasını dəyişib. Daha bir nəfər – 1969-cu il təvəllüdlü İsmayıl Kərimov isə aldığı ağır bədən xəsarətləri ilə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

 

Zaqatala Rayon Polis Şöbəsindən APA-ya bildirilib ki, hazırda polis qəzanın baş vermə səbəblərini araşdırır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 304

Oxşar yazılar