Əti soyuducuya torbada qoymaq ölümcüldür - XƏBƏRDARLIQ
04 aprel 2026 19:50 (UTC +04:00)

Əti soyuducuya torbada qoymaq ölümcüldür - XƏBƏRDARLIQ

0

Bir çox insan mağazadan aldığı təzə əti vərdiş üzrə həmin polietilen paketdə soyuducuya qoyur. Bu üsul rahat görünsə də, mütəxəssislər bunun sağlamlıq üçün təhlükəli ola biləcəyini bildirirlər.

Lent.az xəbər verir ki, ekspertlərin sözlərinə görə, adi plastik paketlər hermetik deyil.

Paketin daxilində tez bir zamanda rütubət yaranır ki, bu da bakteriyaların çoxalması üçün ideal mühitdir. Xüsusilə E. coli, Salmonella kimi təhlükəli mikroorqanizmlər belə şəraitdə sürətlə inkişaf edir və hətta soyuducu temperaturu belə onların yayılmasını tam dayandıra bilmir.

Bundan əlavə, plastik paketlər asanlıqla cırıla bilər. Bu zaman ətin suyu digər qidalara keçərək çirklənməyə səbəb olur. Nəticədə ət həm tez xarab olur, həm də dad və faydalı xüsusiyyətlərini itirir.

Əti necə saxlamaq daha düzgündür?
Mütəxəssislər aşağıdakı alternativləri tövsiyə edirlər:

Şüşə qablar; hermetik konteynerlər; möhkəm bağlanan xüsusi dondurma paketləri. Bu vasitələr mayeni saxlayır, mikrobların çoxalmasını ləngidir və havanın daxil olmasını məhdudlaşdırır.

Ətin düzgün saxlanma qaydaları
Əti soyuducunun ən aşağı rəfində yerləşdirin ki, suyu digər məhsullara axmasın. Hazır yeməklərdən və tərəvəzlərdən ayrı saxlayın. +4–5°C temperaturda 2–3 gün ərzində istifadə edin. Daha uzun müddət saxlamaq üçün dərhal dondurucuya qoyun.

Mütəxəssislər xüsusi olaraq vurğulayır ki, bir dəfə əridilmiş ət yenidən dondurulmamalıdır. Çünki ərimə zamanı bakteriyalar aktivləşir və məhsul daha təhlükəli hala gəlir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 354

Oxşar yazılar