Yuxarı Şirvan kanalında batan Göyçay sakininin cəsədi tapıldı –YENİLƏNİB
12 iyul 2013 16:15 (UTC +04:00)

Yuxarı Şirvan kanalında batan Göyçay sakininin cəsədi tapıldı –YENİLƏNİB

0

 

Yuxarı Şirvan kanalının Göyçay rayonunun Bığır kəndi ərazisindən keçən hissəsində (ən yaxın sularda xilasetmə məntəqəsindən, təxminən, 85 km məsafədə, nəzarət olunmayan ərazidə) batdığı ehtimal edilən 1974-cü il təvəllüdlü Yaşar Niman oğlu Bilalovun axtarışları başa çatıb.

 

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Yaşar Bilalovun cəsədi Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

 

Əməliyyat saat 14:10-da başa çatıb.

 

**

14:37

Göyçay sakini Yuxarı Şirvan kanalında batdı

 

Yuxarı Şirvan kanalının Göyçay rayonunun Bığır kəndi ərazisindən keçən hissəsində 1974-cü il təvəllüdlü Yaşar Niman oğlu Bilalovun batdığı ehtimal edilir.

 

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb edilib və axtarışlar başlanıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 975

Oxşar yazılar