Yol polislərinin də plyonkaları sökülüb
13 fevral 2013 16:01 (UTC +04:00)

Yol polislərinin də plyonkaları sökülüb

Fevralın 12-də ölkə başçısı İlham Əliyev avtomobillərə plyonka çəkən, avtoxuliqanlıq edən şəxslərə qarşı sərt tədbirlərin həyata keçirilməli olduğunu bildirdikdən sonra ölkədə genişmiqyaslı reydlər başlayıb. Yol Polisindən Lent.az-a verilən məlumata görə, ilk olaraq elə yol polisindən başlanıb. Dünən günorta saatlarından başlayaraq xüsusi göstəriş əsasında yol polislərinə bununla bağlı xəbərdarlıq edilib. Yol polislərinə məxsus bütün şəxsi avtomobillərdə qanunla istifadəsi qadağan olunmuş pərdə və plyonkalar sökülüb. Bəzi polislərin avtomobilləri öz həmkarları tərəfindən evakuasiya edilərək cərimə meydançalarına da aparılıb. Bildirilir ki, yol polislərinin avtomobillərinin arxa yan şüşələrə vurduqları 10-15 faizlik plyonkalara da “rəhm edilməyib”.

 

Məsələ ilə bağlı bütün bölgələrdə xəbərdarlıq edilib. Hazırda ölkənin bütün rayonlarında avtoxuliqanlıq edən, yan şüşələrə pərdə və plyonka çəkmiş sürücülərə qarşı reydlər davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2432
avatar

Nizam Rza

Oxşar yazılar