Xəstə özünü 2-ci mərtəbədən atdı - [b]Şəkidə[/b]
08 iyul 2018 20:03 (UTC +04:00)

Xəstə özünü 2-ci mərtəbədən atdı - [b]Şəkidə[/b]

Bu gün günorta saatlarında Şəki Əsəb Xəstəlikləri Dispanserinə müalicəyə gətirilmiş rayonun Böyük Dəhnə kənd sakini 1980-ci il təvəllüdlü Şahmar Məmmədsaleh oğlu Osmanov dispanserin ikinci mərtəbəsində  pəncərəni sındıraraq özünü yerə atıb.

 

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, müxtəlif dərəcəli bədən xəsarətləri alan Şahmar Osmanov Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb.

 

MRX-dan APA-ya bildirilib ki, Şahmar Osmanova sol qolun dirsək nahiyəsinin açıq sınığı və başın alın nahiyəsinin cırılmış yarası diaqnozu qoyulub. Şahmar Osmanova lazımi tibbi yardım göstərildikdən sonra Şəki Əsəb Xəstəlikləri Dispanserinə geri göndərilib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 334
avatar

Oxşar yazılar