Xaçmazda ailə dramı: arvadını, oğlunu və gəlinini bıçaqladı
13 fevral 2013 02:28 (UTC +04:00)

Xaçmazda ailə dramı: arvadını, oğlunu və gəlinini bıçaqladı

Xaçmaz rayonunda 78 yaşlı kişi həyat yoldaşını və oğlunu bıçaqlayıb, gəlininə isə küt alətlə xəsarət yetirib.

 

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Köhnə Xaçmaz kəndində qeydə alınıb. 1935-ci il təvəllüdlü Xaçmaz rayonu, Köhnə Xaçmaz kənd sakini Rəcəb Rəcəbov ailə münaqişəsi zəminində həyat yoldaşı, 1943-cü il təvəllüdlü Rəcəbova Sona Qələmi qızını, oğlu 1978-ci il təvəllüdlü Rasim Rəcəbovu bıçaqlayıb.

Gəlini 1970-ci il təvəllüdlü Rəcəbova Yasəmən Ramazan qızına isə küt alətlə xəsarət yetirib. Xəsarət alan şəxslər dərhal Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

 

Xəstəxanadan verilən məlumata görə, S.Rəcəbova 4 bıçaq zərbəsi alıb, vəziyyəti orta ağırdır. Döş qəfəsindən bir bıçaq zərbəsi alan R.Rəcəbovun vəziyyəti isə daha ağırdır. Y.Rəcəbova isə ilkin tibbi yardımdan sonra evə buraxılıb.

 

Hadisəni törədən 78 yaşlı R.Rəcəbov isə saxlanılıb. Onun ruhi xəstə olduğu bildirilir.

 

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1374
avatar

Oxşar yazılar