Xaçmazda ağır qəza:<span style="color:red;"> 3 yaralı
26 oktyabr 2015 10:15 (UTC +04:00)

Xaçmazda ağır qəza: 3 yaralı

Xaçmaz rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qudyalçay çayının, Xaçmaz rayonu ərazisindən keçən hissəsində "VAZ" markalı minik avtomobili ilə "QAZ" markalı yük maşının toqquşması barədə müraciət daxil olub.

 

Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən qəza nəticəsində deformasiyaya uğramış minik avtomobilində sıxılmış vəziyyətdə qalaraq xəsarət alan sürücü və 2 nəfər sərnişini avtomobildən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 02:40-da başa çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 212
avatar

Oxşar yazılar