Türkmənistanda tapılan 2 neftçinin meyiti Bakıya gətirildi
04 yanvar 2016 22:21 (UTC +04:00)

Türkmənistanda tapılan 2 neftçinin meyiti Bakıya gətirildi

0

“Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşənlərdən daha ikisinin meyiti Xəzər dənizinin Türkmənistan sektorunda aşkar edilib.

 

Lent.az-ın verdiyi xəbərə görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumatda deyilir.

 

Məlumat daxil olduqdan sonra meyitlərin gətirilməsi üçün bu gün səhər Türkmənistana yola düşən  FHN-in “BE-200ÇS” amfibiya tipli təyyarəsi geri qayıdıb. Neftçilər Quliyev Əzizağa Nöhbala oğlu və Abdullayev Adil Ələkbər oğlunun nəşləri Vətənə gətirilib və aidiyyətı üzrə təhvil verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 222

Oxşar yazılar