Türkmənistan sahillərində daha bir neftçimizin meyiti tapılıb
20 aprel 2016 10:13 (UTC +04:00)

Türkmənistan sahillərində daha bir neftçimizin meyiti tapılıb

 

Xəzər dənizinin Türkmənistan sahillərində neftçi olduğu ehtimal edilən meyit tapılıb.

 

Lent.az FHN-in saytına istinadən xəbər verir ki, Azərbaycanın Türkmənistandakı səfirliyindən bildirilənə görə, aprelin 18-də Xəzər dənizinin Türkmənistan sahillərində meyiti tapılan şəxsin ilkin olaraq, “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşənlərdən birinin olduğu ehtimal edilir.

 

Bununla əlaqədar, FHN-in “BE-200ÇS” amfibiya tipli təyyarəsinin istintaq qrupu ilə birgə cəsədin tanınması və respublikaya gətirilməsi məqsədilə Türkmənistana göndərilməsi üçün hazırlıq işlərinə başlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 79
avatar

Oxşar yazılar