Silah satarkən ələ keçdi - ƏMƏLİYYAT
10 sentyabr 2015 10:36 (UTC +04:00)

Silah satarkən ələ keçdi - ƏMƏLİYYAT

Respublikanın daxili işlər orqanları tərəfindən cinayətkarlıqla mübarizə sahəsində daha bir uğurlu əməliyyat həyata keçirilib.

 

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Quba rayon sakini Əli Musayevdə odlu silah olması barədə əməliyyat məlumatı daxil olub. Həyata keçirilən tədbirlərlə o, “TOZ 8” modelli ov tüfəngini 7 ədəd patronu ilə birlikdə 1000 manata satmaq istəyən zaman polis əməkdaşları tərəfindən saxlanılıb.

 

Faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işi başlanıb, istintaq davam edir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 164

Oxşar yazılar