Şəmkirdə 12 otaqlı ev, Mingəçevirdə inzibati bina yandı
22 mart 2017 05:07 (UTC +04:00)

Şəmkirdə 12 otaqlı ev, Mingəçevirdə inzibati bina yandı

Bu gecə Şəmkir və Mingəçevirdə yanğın hadisəsi qeydə alınıb.

 

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Şəmkir rayonunda vətəndaşa məxsus ümumi sahəsi 338 m² olan ikimərtəbəli 12 otaqlı evin 1-ci mərtəbəsində 2 otağın yanar konstruksiyaları və ev əşyaları 50 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

 

Mingəçevir şəhərində isə ümumi sahəsi 640 m² olan birmərtəbəli 15 otaqdan ibarət inzibati binanın dam örtüyünün yanar konstruksiyaları 45 m² sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub.

 

Hər iki halda yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 118
avatar

Oxşar yazılar