Bu gün müdafiə naziri general-polkovnik Səfər Əbiyev ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorliki qəbul edib.
Amerikalı həmsədri yeni təyinatı münasibətilə təbrik edən müdafiə naziri qonağı regionda mövcud hərbi-siyasi vəziyyət barədə məlumatlandırıb.
Müdafiə naziri BMT-nin qəbul etdiyi 4 qətnamənin icra edilməməsini, həmçinin 907-ci düzəlişin yaratdığı maneələri də görüş zamanı xüsusi vurğulayıb.
Dağlıq Qarabağ münaqişəsinin həlli üçün səylərini əsirgəməyəcəyini bildirən həmsədr Ceyms Uorlik müzakirə olunan məsələ ilə əlaqədar Azərbaycanla əməkdaşlığını intensivləşdirəcəyini bildirib.
Görüşdə ABŞ səfiri Riçard Morninqstar da iştirak edib.