Bakı Hərbi Məhkəməsində Suraxanı rayonunun sabiq hərbi komissarı Təvəkkül Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
APA-nın xəbərinə görə, hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub. Hökmə əsasən, T Ağayev 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Suraxanı rayonunun sabiq hərbi komissarı T.Ağayev ötən ilin aprelində həbs edilib. O, rüşvət almaqda təqsirli bilinir.