İyunun 25-də axşam saatlarında Qərbi Azərbaycan əyal\tində zəlzələ baş verib.
Lent.az-ın məlumatına görə, Tehran Universiteti, Geofizika İnstitutu, Seysmoloji Xidmət Mərkəzinin rəsmi saytı bildirib ki, təbii fəlakətin episentri Güney Azərbaycanın Xoy şəhəri olub. 4,3 bal gücündə zəlzələ yerin 12 km dərinliyində meydana gəlib. Təbii fəlakət Xoydan 29 km, Siyaçeşmədən (Qarabulaq rayonu) 47 km, Şotdan 57 km və Tehrandan 683 km uzaqlıqda baş verib.
Dağıntı və tələfat barədə məlumat yoxdur.