Ana və iki oğlunu maşın vurdu, uşaqlardan biri öldü
29 iyun 2014 13:53 (UTC +04:00)

Ana və iki oğlunu maşın vurdu, uşaqlardan biri öldü

Qaxda ana və iki  azyaşlı oğlunu maşın vurub. Oğlanlardan biri  ölüb, ana və digər oğlu isə  xəstəxanaya yerləşdirilib. APA TV-nin məlumatına görə, piyadaların vurulması ilə nəticələnən yol qəzası Qax şəhəri Heydər Əliyev prospekti ilə Səməd Vurğun küçəsinin kəsişdiyi yerdə baş verib. 1992-ci il təvəllüdlü, Qax şəhər sakini Vüqar Adil oğlu Musayev idarə etdiyi “Ford” markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən, rayonun Baydarlı kənd sakinləri 1986-cı il təvəllüdlü, Zümrüd İsgəndər qızı Loğmanovanı və onun iki azyaşlı övladını - 5 yaşlı Fuad Bəhruz oğlu Loğmanlı və 6 yaşlı Murad Bəhruz oğlu Loğmanlını vurub. Baş vermiş qəza nəticəsində ağır bədən xəsarətləri alan Fuad Loğmanlı,  Zümrüd  Loğmanova və Murad Loğmanlı Qax Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Fuad Loğmanlının xəsarətləri ağır olduğundan o, xəstəxanaya çatdıqdan bir müddət sonra keçinib. Xəstəxananın həkimi yaralıların vəziyyəti barədə məlumat verib. "Loğmanova Zümrüd İsgəndər qızı baş-beyin silkələnməsi, qapalı kəllə-beyin tramvası ilə xəstəxanaya daxil olub. Vəziyyəti qənaətbəxşdir. Onun  6 yaşlı oğlu Murad isə bel toxumalarının əzilməsi ilə yerləşdirilib. Vəziyyəti qənaətbəxşdir, evə buraxılacaq". Fakla bağlı Qax RPŞ-də cinayət işi başlayıb, araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1791

Oxşar yazılar

İçərisində 20 ton saqqız  olan TIR belə qarət olundu

İçərisində 20 ton saqqız olan TIR belə qarət olundu

12 iyul 2025 , 11:46
Polşada azərbaycanlıların yaşadığı hostelə BASQIN

Polşada azərbaycanlıların yaşadığı hostelə BASQIN

12 iyul 2025 , 11:08
Şəkidə 87 yaşlı kişi faciəvi şəkildə  öldü

Şəkidə 87 yaşlı kişi faciəvi şəkildə öldü

12 iyul 2025 , 09:38
Rusiyada aeroportda ƏMƏLİYYAT:  azərbaycanlıların malları əllərindən alındı

Rusiyada aeroportda ƏMƏLİYYAT: azərbaycanlıların malları əllərindən alındı

12 iyul 2025 , 09:35
Nadir Yalçına ağır itki

Nadir Yalçına ağır itki

12 iyul 2025 , 09:16
İsmayıllıda zəlzələ oldu

İsmayıllıda zəlzələ oldu

12 iyul 2025 , 08:42
İctimai fəal Anar Abdullayev həbs edildi

İctimai fəal Anar Abdullayev həbs edildi

12 iyul 2025 , 01:42
Şirvanda 23 yaşlı gənci bıçaqladılar

Şirvanda 23 yaşlı gənci bıçaqladılar

11 iyul 2025 , 21:25