Daxili İşlər Nazirliyinin Baş Cinayət-Axtarış İdarəsi, Səbail RPİ və Gəncə BPİ əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2012-ci il oktyabrın 28-dən etibarən axtarışda olan şəxs tutulub. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Nəzmiyə Məmmədxanovaya qarşı zor tətbiq edərək, içərisində 740 manat, 2700 dollar pul, 42000 manat dəyərində qızıl əşyaları, 1 ədəd mobil telefon və danışıq kartları olan çantasını ondan almış Qax şəhər sakini Sərxan Əfəndiyev tutulub.
Qeyd edək ki, S.Əfəndiyev əvvəllər də məhkumluq həyatı yaşayıb.