Salyan rayon Polis Şöbəsinin rəisi Fuad Məmmədov vəzifədən azad edilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, daxili işlər naziri Ramil Usubovun digər əmri ilə o, Baş Narkotiklərlə Mübarizə İdarəsinə rəis müavini vəzifəsinə təyin olunub.
Baş Narkotiklərlə Mübarizə İdarəsinin sabiq rəis müavini isə sərəncama götürülüb.