Bakı Apellyasiya Məhkəməsində dələduzluq yolu ilə küllü miqdarda pulu ələ keçirməkdə təqsirli bilinərən Loğman Abdullayevin barəsindəki həbs-qətiimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsinə dair verdiyi şikayət üzrə məhkəmə prosesi keçirilib. L,Abdullayev Nərimanov rayon məhkəməsinin qərarına qarşı çıxır.
Lent.az-ın məlumatına görə, hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Hakimlər kollegiyasının qərarına əsasən Nərimanov rayon məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Bakı şəhər sakini olan vətəndaş DİN-ə müraciət edərək özlərini MTN-in əməkdaşları kimi təqdim edən bir qrup şəxsin ona məxsus 3 milyon 400 min ABŞ dolları məbləğində vəsaiti dələduzluq yolu ilə ələ keçirdiklərini bildirib. Faktla bağlı nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.
Baş İdarənin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə Bakı şəhərində yaşayan Loğman Abdullayev, Emin Qasımov, Ruslan Hacıyev, Pərviz Rzayev, Fərhad Tağıyev və digər şəxslərin bu il (2015-ci il) mayın 1-də saat 23:00 radələrində Xəzər rayonunun Qala qəsəbəsində zərərçəkmişin idarə etdiyi avtomobilin qarşısıını kəsərək onu Xətai rayonu ərazisindəki mənzilinə gətirib seyfdə saxladığı külli miqdarda xarici valyutanı guya araşdırmaq məqsədilə ələ keçirdikləri öz təsdiqini tapıb.
Daha sonra cinayətkar qrupun üzvləri həmin vətəndaşı metronun "Ulduz" stansiyasının yaxınlığında yerləşən obyektlərin birində qanunsuz olaraq 3 gün saxladıqdan sonra guya istintaqdan yayındırmaq məqsədilə Moskva şəhərinə yola salıblar. Ələ keçirdikləri külli miqdarda vəsaiti öz aralarında bölən cinayətkar dəstənin üzvləri sonradan ölkənin hüdudlarını tərk ediblər.
Vətəndaşın müraciəti əsasında qaldırılan cinayət işi rəhbərliyin nəzarətinə götürülüb və keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri ilə dəstə üzvlərindən 5 nəfəri saxlanılıb.
Onu da qeyd edək ki, Loğman Abdullayev barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi ilə bağlı Nərimanov Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə şikayəti təmin etməyib. Qərardan narazı qalan L.Abdullayevin müdafiəçiləri apellyasiya şikayəti verib