Ov eləməyə getdi, özünü vurdu - Tovuzda
22 noyabr 2015 21:26 (UTC +04:00)

Ov eləməyə getdi, özünü vurdu - Tovuzda

Odlu silahla yaralanmış Tovuz rayon sakini xəstəxanaya yerləşdirilib.

 

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, Tovuz rayon sakini, 1990-cı il təvəllüdlü Toğrul Firudin oğlu Məmmədov döş qəfəsindən aldığı güllə yarası ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Dərhal əməliyyat edilən gəncin vəziyyəti ağır qiymətləndirilir.

 

Yaxınlarının dediyinə görə, T. Məmmədov ov edərkən silahla ehtiyatsız davranıb və güllə açılıb.

 

 

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 105
avatar

Oxşar yazılar