<b>4 nəfər yol qəzasında ölüb - </b><span style="color:red;">DÜNƏN
22 avqust 2017 12:18 (UTC +04:00)

4 nəfər yol qəzasında ölüb - DÜNƏN

Azərbaycanın bir sıra yerlərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, avqustun 21-də saat 19 radələrində Suraxanı rayonunun Ramana qəsəbəsində Bakı şəhər sakini Nazim Nuriyev idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən 60-65 yaşlı qadını vurub. Xəstəxanaya yerləşdirilən piyada orada ölüb. Suraxanı RPİ tərəfindən araşdırma aparılır.

 

Həmin gün Yeni Suraxanı qəsəbəsində Bakı şəhər sakini Vüsal Hüseynov isə idarə etdiyi “NAZ Lifan” markalı avtomobillə yolu keçən 30-35 yaşlı kişini vurub və nəticədə piyada hadisə yerində ölüb.

 

Daha bir ölümlə nəticələn avtomobil qəzası avqustun 21-də saat 9 radələrində Tovuz rayonunun Aşağı Quşçu kəndində baş verib. Ağstafa rayon sakini Rafiq Kərimovun idarə etdiyi “Mercedes” və rayon sakini Süleyman Əsgərovun idarə etdiyi “MAN” markalı avtomobillər toqquşub. Nəticədə “Mercedes”in sürücüsü hadisə yerində ölüb. Araşdırma aparılır.

 

Həmin gün sonuncu hadisə Hacıqabul rayonunun Padarçöl kəndi ərazisindəki əkin sahəsində olub. Sabirabad rayon sakini Tahir Əliyev idarə etdiyi “MAZ” markalı avtomobili ilə iş görərkən avtomobilə minmək istəyən İmişli rayon sakini Ramazan Şıxalıyevi vurub. R.Şıxalıyev hadisə yerində ölüb. Hacıqabul RPŞ tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 122
avatar

Oxşar yazılar