<b>Nazirlik ölkədə törədilmiş qətllərlə bağlı </b><span style="color:red;">MƏLUMAT YAYDI
13 dekabr 2016 12:03 (UTC +04:00)

Nazirlik ölkədə törədilmiş qətllərlə bağlı MƏLUMAT YAYDI

Daxili İşlər Nazirliyi ölkədə törədilmiş qətl hadisələri ilə bağlı məlumat yayıb. Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, atası Aydını qətlə yetirdiyinə görə dekabrın 7-də tutulmuş Neftçala rayon sakini Emin Heybətovun ətrafında polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində onun hazırda Cəzaçəkmə Məntəqəsində cəza çəkən qardaşı Amil və Bakı şəhər sakini Cavid Əliyevlə birgə 2014-cü il fevralın 12-də Neftçala rayon sakini Kamal Rüstəmovu Yuxarı Qaramanlı kəndi ərazisində boğaraq qətlə yetirmələri, meyitini isə Sabunçu rayonunun Balaxanı qəsəbəsində kirayədə yaşadıqları evin həyətində yandıraraq qalıqlarını basdırmaları müəyyən edilib. Meyitin basdırıldığı yerə baxış keçirilib və qalıqlar aşkar edilərək götürülüb. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə C.Əliyev də tutulub.

 

Bundan başqa, dekabrın 12-də Tovuz rayonunun Yanıqlı kəndi ərazisində kənd sakini Rüfət Əliyev kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb.

Tovuz RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmkəndlisi, əvvəllər məhkum olunmuş Ramiz Nəcəfov tutulub.

 

Digər qətl isə Masallıda baş verib. Dekabrın 12-də Masallı şəhərində Salyan şəhər sakini İbrahim Muradov münaqişə zəminində keçmiş həyat yoldaşı Röya Hüseynovaya bıçaqla xəsarət yetirib.

Xəstəxanaya yerləşdirilmiş R.Hüseynova orada ölüb.

 

Masallı və Salyan RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Muradov Salyan rayonu ərazisində tutulub.

 

Hər 3 faktla bağlı araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 138
avatar

Oxşar yazılar