Müəllim faciəvi şəkildə öldü - AZƏRBAYCANDA
03 dekabr 2014 10:12 (UTC +04:00)

Müəllim faciəvi şəkildə öldü - AZƏRBAYCANDA

Şabran rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Şabran rayon sakini Süleymanov Kamran Nadir oğlu idarə etdiyi “Mercedes” markalı avtomaşınla yolu keçmək istəyən 62 yaşlı piyadanı vurub. Xəsarət alan şəxs Şabran Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, onu xilas etmək mümkün olmayıb. Dünyasını dəyişən şəxsin Şabran 2 saylı orta məktəbin fizika müəllimi Fikrət Əfəndi olduğu müəyyənləşib.

 

Faktla bağlı Şabran rayon Polis Şöbəsində araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 144
avatar

Oxşar yazılar