Zakir Həsənov Baş Klinik Hospitalda
17 dekabr 2014 12:11 (UTC +04:00)

Zakir Həsənov Baş Klinik Hospitalda

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrin Baş Klinik Hospitalında hərbi tibb xidmətinin rəhbər heyətinin ilin yekunlarına həsr olunmuş toplantısında iştirak edib.


Müdafiə Nazirliyindən Lent.az-a verilən məlumata görə, toplantını giriş sözü ilə açan Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəisi, general-mayor Natiq Əliyev son bir il ərzində qoşunlarda şəxsi heyətin döyüş hazırlığı və sosial-məişət şəraitinin səviyyəsinin yaxşılaşdırılması, hərbi tibb müəssisələrinin müasir avadanlıqlarla təchiz edilməsi, müayinə və müalicə işinin təkmilləşdirilməsi, hərbi qulluqçuların və onların ailə üzvlərinin sağlamlıq vəziyyətinin qorunması və tibbi təminatının müasir tələblərə uyğun təşkil edilməsi üçün dövlət və ordu rəhbərliyi tərəfindən həyata keçirilən tədbirlərdən danışıb.
 

Müdafiə naziri general-polkovnik Z. Həsənov toplantıda çıxış edərək Silahlı Qüvvələrin döyüş qabiliyyətinin möhkəmləndirilməsi məqsədilə aparılan irimiqyaslı quruculuq işlərinin ölkə rəhbərliyinin, şəxsən prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət mərkəzində olduğunu xüsusilə vurğulayıb. 
2015-ci tədris ili üçün qarşıda duran vəzifələrdən danışan müdafiə naziri bu gün dövlət rəhbərliyinin əsas məqsədinin Silahlı Qüvvələrin döyüş qabiliyyətinin daha da gücləndirilərək torpaqlarımızın işğaldan azad ediməsi vəzifəsinin yerinə yetirilməsindən ibarət olduğunu qeyd edib. Məhz bu sahədə tibb xidməti zabitlərinin də üzərinə düşən məsuliyyətin artırılmasını, hər bir hərbi tibb müəssisəsi rəhbərliyinin xidmət etdiyi hərbi bölmənin döyüş qabiliyyətinin möhkəmləndirilməsinə töhfə verməsini diqqətə çatdırıb.

Görüşün sonunda müdafiə naziri tibb zabitlərinin hərbi təbabətin aktual sahələri ilə bağlı suallarını ətraflı cavablandırıb və bir sıra məsələlərə aydınlıq gətirib.

Sonra Azərbaycan Tibb Universiteti Hərbi Tibb fakültəsinin əsaslı təmir olunmuş qərargah və yataqxanasına baxış keçirən müdafiə naziri görüləcək işlərlə bağlı tövsiyə və tapşırıqlarını verib.

# 81

Oxşar yazılar