MMC-yə basqınla bağlı <span style="color:red;">RƏSMİ MƏLUMAT
01 sentyabr 2015 13:19 (UTC +04:00)

MMC-yə basqınla bağlı RƏSMİ MƏLUMAT

Daxili İşlər Nazirliyi Ağcabədi şəhərində kredit təşkilatına edilmiş basqınla bağlı məlumat yayıb. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, avqustun 31-də saat 04 radələrində Ağcabədi şəhərində “İnkişaf üçün maliyyə” MMC-nin Ağcabədi rayon filialının inzibati binasına pəncərədən girmiş şəhər sakinləri Xəyal Talıbov, Elmir Gülmalıyev və Cəmaləddin Hüseynov oradakı otaqlardan birində olan seyfdən 235 manat, habelə digər otaqda quraşdırılmış “E-manat” ödəmə terminalından 10879 manat oğurlayıb hadisə yerini tərk etməyə çalışıblar. Bu zaman onlar Ağcabədi RPŞ  əməkdaşları tərəfindən tutulublar.

 

Araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 82
avatar

Oxşar yazılar