Ekologiya və Təbii Sərvətlər Nazirliyi meteohəssas insanlara xəbərdarlıq edib. Nazirlikdən Lent. az-a verilən məlumata görə, martın 15-də Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əlverişli olacaq. Lakin martın 16-da və 17-də atmosfer təzyiqi xeyli enəcək. Buna görə də arabir güclənən gilavar küləyi meteohəssas insanlarda narahatlıq yarada bilər.