Dövlət Miqrasiya Xidmətində (DMX) kadr dəyişikliyi olub. Lent.az-ın məlumatına görə, qurumun mətbuat xidmətinin rəhbəri Zərnişan Əhmədova vəzifədən azad olunub. Z.Əhmədova DMX-nın Təlim-tədris Mərkəzinə rəis təyin olunub. DMX-nın mətbuat xidmətinə yeni rəhbər hələlik təyin olunmayıb.
Z.Əhmədova Lent.az-a xəbəri təsdiqləyib.
Qeyd edək ki, DMX-da Təlim-tədris Mərkəzi yeni yaradılıb.