Bakı şəhərinin Masazır qəsəbəsində sürüşmə zonasında çat sahəsinin yuxarı hissəsində uçqun baş verib.
APA-nın xəbərinə görə, uçqun nəticəsində sürüşmə zonasının yuxarı hissəsində yerləşən evin bir hissəsi dağılıb.
Hadisə ötən gün axşam saatlarında qeydə alınıb. Ərazidə sürüşmənin qarşısını almaq üçün son günlər müvafiq işlərə başlanılıb. İlk gün həmin evdə böyük çatlar yaranıb, növbəti gün isə evin bir hissəsi uçub.
Qeyd edək ki, Masazırdakı sürüşmə zonasında son 1 ayda aktivləşmə artıb. Nazirlər Kabinetinin qərarına əsasən, Masazırdakı sürüşmə zonasında müvafiq tədbirlər görülür.