Masallıda qadın diri-diri yandı
12 aprel 2013 10:27 (UTC +04:00)

Masallıda qadın diri-diri yandı

0

Aprelin 11-də Masallı rayonunda yanğın hadisəsi baş verib. Lent.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, Masallı şəhərində 1938-ci il təvəllüdlü Muxtarova Səkinə Əbil qızına məxsus ümumi sahəsi 120 kv.m olan birmərtəbəli 2-otaqlı evin yanar konstruksiyaları yanıb. 

Yanğının kəşfiyyatı zamanı ev sahibi (yataq xəstəsi) S.Ə.Muxtarovanın meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 03:37-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisə ilə əlaqədar müvafiq hüquq-mühafizə orqanları tərəfindən təhqiqat aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1409

Oxşar yazılar