Leyla və Arif Yunus Azərbaycanı tərk edib Hollandiyaya getdi  - <span style="color:red;">YENİLƏNİB
19 aprel 2016 14:33 (UTC +04:00)

Leyla və Arif Yunus Azərbaycanı tərk edib Hollandiyaya getdi - YENİLƏNİB

 

Leyla və Arif Yunusun ölkədən buraxılmasına icazə verilməsi ilə bağlı Ali Məhkəmə qərar çıxarıb.

 

Lent.az-ın məlumatına görə, dünən Ali Məhkəmədə hakim İmran Hacıqayıbovun sədrliyi ilə keçirilən prosesdə Yunusların kassasiya şikayətinə baxılıb və şikayət təmin edilib. Nəticədə Leyla Yunus və Arif Yunusun ölkədən çıxışına icazə verilib.

 

Qeyd edək ki, Leyla və Arif Yunus səhhətlərində yaranan problemlərlə bağlı ölkədən kənarda müalicə almaq istəyiblər. Bununla bağlı Yasamal rayon Məhkəməsinə müraciət ediblər. Məhkəmə onların istəyini təmin etməyib. Leyla və Arif Yunus bununla bağlı Apellyasiya Məhkəməsinə müraciət edib. Şikayət bu instansiyada təmin edilməyib. Onlar qərardan Ali Məhkəməyə kassasiya şikayəti veriblər.

 

*****

"Sülh və Demokratiya İnstitutu"nun direktoru Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusun ölkədən çıxmasına icazə verilib.

Bu barədə Lent.az-a vəkil Elçin Sadıqov məlumat verib: "Leyla Yunus və Arif Yunusa ölkəni tərk etməyə icazə verilib. Onlarla axşam danışmışam. Həkim Vit onları müayinə üçün ölkəyə gəlmişdi. Onların səhhətlərinin çox ağır olması barədə yenidən əsaslandılmış rəy yazmışdı. Onlar müalicə üçün ölkədən buraxılıblar".

 

 

Lent.az-ın əldə etdiyi məlumata görə, Yunuslar hazırda Hollandiyadadırlar. Hollandiya XİN-dən verilən rəsmi açıqlamada bildirilib ki, Leyla və Arif Yunus őzləri istədikləri qədər bu ölkədə qala bilərlər. Nazirlikdən o da bildirilib ki, Leyla və Arif Ynusa siyasi sığınacaq verilməsi də műmkűn variantdır.

 

Qeyd edək ki, Qeyd edək ki, L.Yunus Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 192.2.2-ci (qanunsuz sahibkarlıq, külli miqdarda gəlir əldə etməklə törədildikdə), 213.2.2-ci (vergi ödəməkdən yayınma, külli miqdarda törədildikdə), 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə, hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və qanunsuz hazırlama, yaxud ya bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə), 274 (dövlətə xəyanət) maddələri ilə ittiham olunub.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə L.Yunus isə 8 il 6 ay, onun həyat yoldaşı, “Sülh və Demokratiya İnstitutu”nun eksperti Arif Yunus isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Həmçinin, məhkəmədə onların əmlaklarının müsadirə olunması, bank hesablarındakı vəsaitin alınaraq dövlətin hesabına köçürülməsi qərara alınıb.

 

Apellyasiya Məhkəməsində hər iki şəxs şərti azadlığa buraxılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 248
avatar

Səlcuq Elçin

Oxşar yazılar