İsmayıllı rayonu, Diyallı kəndində (rayon mərkəzindən 15 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 176 kv.m olan birmərtəbəli 4 otaqlı evin 2 otağının yanar konstruksiyaları və ev əşyaları 85 kv.m sahədə yanıb. Lent.az-ın məlumatına görə, bu xəbər Fövqəladə Hallar Nazirliyinin rəsmi saytında yerləşdirilib. Evin qalan hissəsi və yaxınlıqdakı köməkçi tikili yanğından mühafizə olunub
Digər yanğın Lerikdə olub. Belə ki, Lerikdə vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan birmərtəbəli 3 otaqlı evin mətbəxinin yanar konstruksiyaları və mətbəx əşyaları 12 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.