Lənkəran rayonunun Girdəni kəndində yağan yağışlar nəticəsində köməksiz vəziyyətdə qalmış daha 14 nəfər fərdi yaşayış evindən və 3 nəfər fermanın ərazisindən təxliyə olunub.
Lent.az-ın FHN-nin saytına istinadən xəbərinə görə, təxliyə işləri Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən aparılıb.
***
12:46
Lənkəran rayonunun Girdəni kəndində yağan yağış fəsadlar yaradıb.
Lent.az-ın FHN-nin saytına istinadən xəbərinə görə, yağış nəticəsində köməksiz vəziyyətdə qalmış 4 nəfər fərdi yaşayış evindən və 3 nəfər fermanın ərazisindən təxliyə olunub.
Təxliyə işləri Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən aparılıb.